SƏYAHƏT PLANINIZLA BİRLİKDƏ AŞAĞIDAKI XİDMƏTLƏRİ TƏKLİF EDİRİK 

covid status

Səfər edəcəyiniz ölkəyə müvafiq COVID yenilikləri və giriş qaydaları

viza və sığorta

Səyahət sığortası və vizanın alınması barədə məsləhət

rezervasiyalar

Avtomobilin kirayəsi, otel və uçuşların əvvəlcədən qeydiyyatı

gündəlik planlama

Səyahətiniz zamanı gündəlik bütün aktivliklərinizin planlanması

transport

Səyahətiniz zamanı qatar, gəmi, avtobus və ya hər hansı digər nəqliyyat vasitələrinin təşkili

görməli yerlər

Ən çox görməli yerlər barədə məsləhətlər, büdcə və zövqə uyğun ipucları

əyləncə və qida

Ən yaxşı restoran, bar və kofe şoplar, digər ediləcək aktivliklər barədə məlumat

fərdi interaktiv xəritə

Sizin səyahətinizə uyğun fərdi planlama və vizual xəritənin hazırlanması

qİymətlər

Standart

99 ₼

BİRDƏFƏLİK

Professional

169 ₼

BİRDƏFƏLİK

Premium

199 ₼

bİrdəfəlİk

tez-tez verİLƏN SUALLAR

Sizin səyahətinizi mükəmməl etmək üçün planlama xidməti təklif edirik. Sadəcə bir neçə suala cavab verirsiniz və sizin fərdi səyahət dizayneriniz sizinlə əlaqə saxlayır. Sizin üçün xəyallarınızdakı səyahəti zövqünüzə uyğun hazırlayacağıq və nəticədə bizə güvənməklə saatlarla axtarışdan xilas olacaq, vaxtınıza qənaət edəcək, eyni zamanda səyahət edəcəyiniz məkanda ən yaxşı restoranları, görməli yerləri, aktivitiləri, gizli mənzərələri və s. gözdən qaçırmayacaqsınız.

1. Sizin növbəti səyahətiniz və istəkləriniz barədə məlumat əladə etməmiz üçün səyahət anketimizi doldurun;
2. Səyahətinizin təfərrüatları ilə bağlı sizinlə əlaqə saxlayacağıq.
3. Tərəfimizdən sizin üçün hazırlanmış günlük səyahət planının qaralama versiyası baxış və dəyişikliklər üçün sizə göndəriləcək.
4. Sizin bütün uçuş, qonaqlama, səyahət etdiyiniz ölkədəki transportlarınız, həmçinin aktivitilər, turlar və qidalanacağınız restoranlar əvvəlcədən rezerv olunacaq (Yalnız “Professional” və “Premium” paketlərdə keçərlidir).
5. Siz narahatçılıq keçirmədən səyahətinizə başlayırsınız və sizinçün hazırladığımız detallı səyahət planınıza fərdi web səhifədən baxa biləcəksiniz, eyni zamanda internetsiz məkanlarda istifadə etmək üçün sizi planınızın PDF versiyası ilə də təmin edəcəyik.

Hal-hazırda üç xidmət paketi təklif edirik:
1. Standart – 99 AZN:
Sizin üçün interaktiv xəritə daxil səyahət planlaması hazırlanır, ancaq bütün rezervasiya öhdəlikləriniz sizdə qalır. Bu paketdə göstərdiyimiz xidmət planın hazırlanması, müvafiq dəyişikliklər olunaraq yekunlaşdırılmış şəkildə sizə təqdim olunması ilə məhduddur.
2. Professional – 169 AZN:
“Standart” paketindən əlavə olaraq sizin bütün uçuş, qonaqlama, səyahət etdiyiniz ölkədəki transportlarınız, həmçinin aktivitilər, turlar və qidalanacağınız restoranlar əvvəlcədən rezerv olunur. Bu paketdə göstərdiyimiz xidmət qeyd olunanlar daxil yekun planın sizə təqdim olunması ilə məhdudlaşır.
3. Premium – 199 AZN:
“Professional” paketindən əlavə olaraq sizinlə səyahətinizin təfərrüatlarını müzakirə etmək və ümumi suallarınızı cavablamaq, həmçinin planınızı birlikdə gözdən keçirmək üçün birə-bir görüşlər keçirilir, səyahətiniz müddətində qarşılaşacağınız hər hansı çətinliklər olarsa və ya rezervasiyalarınızda gözlənilməz dəyişikliklər baş verərsə sizə online təlimat və dəstək göstərilir.

COVID-19 virusu ilə bağlı dünya ölkələri profilaktik tədbirlərlə səyahət qaydalarında mütəmadi dəyişikliklər edirlər. Səyahət planınıza birbaşa təsir etdiyi üçün sizin sağlamlığınızla bağlı mövcud riskləri dəyərləndirməniz məqsədi ilə gedəcəyiniz ölkənin Koronavirusla bağlı detallı cari statusu və ölkəyə giriş qaydaları barədə sizə məlumat veriləcək.

Bəli! Hər bir plan unikaldır. Biz sizin anket cavablarınızı, fərdi danışıq və ya görüşlər zamanı müzakirələrimizi, zövqünüzü, istəklərinizi, bərabər səyahət etdiyiniz şəxsləri, büdcənizi, maraq dairənizi, gəzmə və ya qida seçimlərinizi və s. nəzərə alaraq tamamilə sizə uyğun fərdiləşdirilmiş səyahət planı hazırlayırıq.

Təəssüflər olsun ki, səyahətiniz bizdən qaynaqlanmayan hər hansı səbəbdən xidmətimizi tam təhvil verdikdən sonra ləğv olunarsa göstərdiyimiz xidmət qarşılığında ödənilən məbləğ geri qaytarılmayacaq. 

1. Səyahəti A-dan Z-yə planlamaq olduqca çətin ola bilər. Səyahətin ayı-ayrı hissələrini bir yerə gətirmək, bir yerin digərindən nə qədər məsafədə olmasını dəqiq müəyyənləşdirmək, hansı məkanın nə vaxt bağlı və ya açıq olduğunu, hər bir məkanda nə qədər vaxt keçirməli olduğunuzu və ya bunlar üçün əvvəlcədən bilet/rezervasiya lazım olub-olmadığını aydınlaşdırmaq heç də asan deyil.

2. Statistik məlumatlara əsasən səyahət təcrübəsindən asılı olaraq, yaxşı büdcələnmiş 5 günlük bir səyahət planı üçün 10 saatdan bir neçə günə qədər zaman sərf etməli olduğunuz halda, bu işi bizə həvalə etməklə vaxt itkisindən və stressdən, həmçinin, səyahətiniz zamanı hər hansı növbə gözləməkdən uzaq olacaqsınız.

Sizin ideal səyahət ölkənizi və ya şəhərinizi müzakirə etməyə şad olarıq. Yalnız nəzərə alın ki, bu xidmət ancaq haraya və nə zaman səyahət etməkdə qərar verə bilməyən müştərilərimiz üçün nəzərdə tutulub. Ödənişli xidmət təklif etdiyimiz üçün spesifik restoran, məkan, rezervasiya, əyləncə və s. məlumatları xidmətimizdən kənar müzakirə etməməyi üstün tuturuq.

Hər bir səyahət planı fərdi yanaşılaraq hazırlandığı üçün 7-10 gün gözləməli olacaqsınız.

Fərdi səyahət planınıza uyğun nümunə

Kilkləyin